Ukrayna əks-hücumun ikinci dalğasına hazırlaşır

15:43 - 24 İyul 2023 - DÜNYA

Ukrayna əks-hücumun ikinci dalğasına hazırlaşır

Ucnoqta.az xəbər verir ki, bu barədə Bild nəşri yazıb. Nəşrin yazdığına görə, Ukrayna prezidenti Volodmiri Zelenski əvvəllər etiraf edib ki, Silahlı Qüvvələr indiyədək hücumu kifayət qədər ehtiyatla həyata keçirib, lakin indi onun sürətini artıra biləcəyi məqama yaxınlaşırlar.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Sergiy Baranov işğalçı ordunun itkilərinin təxminən 90%-nin Ukraynanın raket və artilleriya bölmələrinin olduğunu söyləyərək, Ukrayna Silahlı Qüvvələrinin zərbə qruplarını uzaq mənzilli Qərb silahlarının “odlu yumruğu” adlandırıb.

Müharibə Tədqiqat İnstitutunun tədqiqatçıları qeyd edirlər ki, Ukrayna əks-hücumun yeni mərhələsinə hazırlaşarkən, bu tip hücumlar Rusiya qüvvələrini boşaldır.

Xəbər xətti