İran kəşfiyyatı İsraillə əməkdaşlıqda şübhəli bilinən şəxsləri saxlayıb

14:26 - 24 İyul 2023 - DÜNYA

İranın xüsusi xidmət orqanları İsraillə əməkdaşlıqda şübhəli bilinən “terror qruplaşması”nın üzvlərini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, qruplaşma üzvləri saxlandıqları İsfahan, Kirman, Kohgiluye və Boyerahmed əyalətlərində, həmçinin Kürdüstan və Mazanderan əyalətlərində silsilə terror aktları törətməyi planlaşdırıblar. Onların hərəkətləri Danimarka və Hollandiyada yerləşən mərkəzlər vasitəsilə koordinasiya edilib və İslam Respublikası kəşfiyyatının məlumatına görə, onlara İsrail tərəfindən maliyyə yardımı edilib.

Saxlanma zamanı ən azı 43 uzaqdan idarə olunan partlayıcı qurğu, həmçinin çoxlu soyuq və odlu silahlar götürülüb. Saxlanılanların dəqiq sayı barədə məlumat verilmir.

Xəbər xətti