Əfqanıstanda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hasht-e Subh qəzeti məlumat yayıb.
Yerli rəsmilərin bildirdiyinə görə, ölkənin cənub-şərqindəki Vardak əyalətində daşqınlar nəticəsində azı 31 nəfər ölüb, daha 25 nəfər zərər çəkib. Kabil əyalətində cümə günündən şənbəyə keçən gecə daşqın daha 10 nəfərin həyatına son qoyub, 15 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində azı 20 nəfərin itkin düşdüyü bildirilir.
Sel nəticəsində 800 hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb, azı 50 ev dağılıb. Məscidlərə və məktəblərə də ziyan dəyib.
Əfqanıstan meteorologiya xidməti leysan və nəticədə daşqınların bazar ertəsi və çərşənbə axşamı da davam edəcəyi barədə xəbərdarlıq edib.