Putinlə Ərdoğan arasında görüş istisna edilmir - Kreml

13:55 - 24 İyul 2023 - DÜNYA

Putinlə Ərdoğan arasında təmaslar planlaşdırılmır, lakin onları istisna etmək olmaz

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O, bildirib ki, Türkiyədən Rusiyaya gedən Ukrayna gəmisində tapılan partlayıcı maddələrin izləri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təmas hələ planlaşdırılmır.

"İndi Putinlə Ərdoğan arasında hələlik heç bir əlaqə yoxdur. Baxmayaraq ki, bir daha təkrar edirəm, onları istisna etmək olmaz", - Peskov bildirib.

Xəbər xətti