Tayvanda hərbi bazada partlayış olub

13:45 - 24 İyul 2023 - DÜNYA

Tayvanın şimal-şərqində hərbi bazada baş verən partlayış nəticəsində ən azı 9 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, iki zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerli vaxtla saat 15:00-da Cilonq şəhəri yaxınlığındakı Syanfenq hərbi bazasında baş verib. Hərbi bazanın arsenalında döyüş sursatı yoxlanılarkən 120 millimetrlik minaatan mərmisi partlayıb. Partlayışın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

Xəbər xətti