Çində məktəbdə tavanın uçması nəticəsində ölənlərin sayı artıb

11:52 - 24 İyul 2023 - DÜNYA

Çində məktəbdə tavanın uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə iyulun 23-də ölkənin şimal-şərqində, Qiqihar şəhərində baş verib. Orta məktəbin idman korpusunda tavan uçub. Dağıntılar altında 15 nəfər olub, onlardan 4-ü xilas edilib.

İstintaqın ilkin məlumatlarına görə, təmir işlərinin aparılması qaydalarının pozulması səbəbindən idman binasının dam örtüyü zədələnib. Sonradan yağan yağışlar onun dağılmasına səbəb olub.///tass

Xəbər xətti