Avstraliya hökuməti Avstraliya Hərbi Hava Qüvvələri üçün 20 yeni Lockheed Martin C-130J Hercules hərbi-nəqliyyat təyyarəsi alacaq.
Ucnoqta.az xəbər verir ki, müdafiə naziri Ricard Marles, sifarişin 9,8 milyard Avstraliya dollarını (6,6 milyard dollar) keçəcəyini söylədi.
"Yeni təyyarə Avstraliya Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan 12 "Hercules"dən ibarət mövcud donanmanın təkmilləşdirilməsinə və genişləndirilməsinə kömək edəcək", - nazir Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirib. O qeyd edib ki, sifariş üzrə ilk təyyarənin təhvil verilməsi 2027-ci ilin sonunda gözlənilir.
Marles, həmçinin Hərbi Hava Qüvvələri donanmasının genişləndirilməsinin Avstraliya sənayesinə gətirəcəyi “əhəmiyyətli faydalardan” danışaraq, “infrastruktur obyektlərinin tikintisi və təyyarələrə texniki qulluq üçün yeni imkanlara” işarə edib. Müdafiə Nazirliyinin məlumatına görə, təyyarələrin özləri şəxsi heyətin, texnikanın və humanitar yüklərin daşınması, həmçinin axtarış-xilasetmə əməliyyatları, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və tibbi evakuasiya üçün istifadə olunacaq.///tass