Netanyahu xəstəxanadan buraxılıb

10:08 - 24 İyul 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu Tel HaShomer xəstəxanasındakı Şeba Tibb Mərkəzindən buraxılıb və orada ürək stimulyatoru quraşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - məlumatda deyilir.

Baş nazir iyulun 22-də xəstəxanaya yerləşdirilib, kardiostimulyator quraşdırma əməliyyatı iyulun 23-nə keçən gecə həyata keçirilib. Həmin günün səhəri Kan radiosu tibb rəsmilərinə istinadən məlumat verdi ki, bu, uğurlu alınıb.

Xəbər xətti