Cənub istiqamətində hücum zamanı Ukrayna qoşunları 192 kv km-dən çox ərazini azad ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə nazirinin müavini Anna Malyar deyib.. Məlumata görə, son bir həftə ərzində Müdafiə Qüvvələri bu istiqamətdə 12 kv km-dən çox ərazini azad edib.
Həmçinin, Ukrayna Silahlı Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində bir neçə rayonda hücumu davam etdirir.
Bundan əlavə, son bir həftə ərzində Baxmut istiqamətində Müdafiə Qüvvələri 4 kvadratmetrə yaxın ərazini azad edib.