Ukrayna qoşunları 192 kv km-dən çox ərazini azad ediblər

10:00 - 24 İyul 2023 - DÜNYA

Cənub istiqamətində hücum zamanı Ukrayna qoşunları 192 kv km-dən çox ərazini azad ediblər

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə nazirinin müavini Anna Malyar deyib.. Məlumata görə, son bir həftə ərzində Müdafiə Qüvvələri bu istiqamətdə 12 kv km-dən çox ərazini azad edib.

Həmçinin, Ukrayna Silahlı Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində bir neçə rayonda hücumu davam etdirir.

Bundan əlavə, son bir həftə ərzində Baxmut istiqamətində Müdafiə Qüvvələri 4 kvadratmetrə yaxın ərazini azad edib.

Xəbər xətti