Fici sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

07:42 - 24 İyul 2023 - DÜNYA

Bazar ertəsi Fici arxipelaqının cənub sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sakit okeanın Viti Levu adasından 600 km aralıda yerləşib. Mənbə 530 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti