Indoneziyada Sulavesi adası yaxınlığında bərənin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Detik portalı məlumat yayıb. Məlumata görə, daha 19 nəfər itkin düşüb.
Sağ qalan 6 sərnişinə tibbi yardım göstərilir. Qeyd olunur ki, xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.
Ölkədaxili daşımaları həyata keçirən bərənin çökməsinin səbəbləri hələlik açıqlanmayıb.