Bazar günü axşam saatlarında on minlərlə israilli Təl-Əvivdə hökumətin təklif etdiyi məhkəmə islahatına dəstək nümayişi üçün küçələrə çıxıb.
Ucnoqta.az xəbər verir ki, İsrail televiziyasının 14-cü kanalının məlumatına görə, nümayişdə 200 minə yaxın insan iştirak edib.
Bu, sakinlər arasında müxalifət əhval-ruhiyyəsinin hökm sürdüyü Təl-Əvivdə islahatlara dəstək məqsədilə keçirilən nadir kütləvi hökumətyönlü etirazlardan biridir. O, şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığından, islahat əleyhdarlarının yanvar ayından bəri çoxsaylı həftəlik mitinqlərini keçirdikləri yerdən keçir.