Əfqanıstanda daşqınlar 22 nəfərin həyatına son qoyub

12:21 - 23 İyul 2023 - DÜNYA

Əfqanıstanın mərkəzində yerləşən Vardak əyalətində daşqınlar nəticəsində azı 22 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əfqanıstanın Ariana News telekanalı regiondakı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, əyalətin bir neçə rayonunda 22 nəfər təbii fəlakətin qurbanı olub, azı 40 nəfər itkin düşüb. Daşqın nəticəsində yüzlərlə ev tamamilə və ya qismən dağılıb, kənd təsərrüfatı torpaqlarına ziyan dəyib. Bölgədə bəzi yollar, o cümlədən Bamiyan şəhərini Kabillə birləşdirən avtomobil yolu bağlanıb.

Xəbər xətti