Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Qubernator Nikolas Qarsiya Bustos iyulun 18-də Kolumbiyanın Cundinamarca departamentində bir kəndi vuran torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 26-ya yüksəldiyini bildirib.
İtkin düşən daha üç nəfərin axtarışları davam edir.
Kolumbiyanın mərkəzində yerləşən Naranjal kəndində gecə saatlarında sürüşmə baş verib. Yağan leysan qayaların yerdəyişməsinə səbəb olub, nəticədə yerli çaylar sahillərini aşıb. Axtarışların ilk günündə 14 nəfərin öldüyü, 20 nəfərin itkin düşdüyü bildirilir.