Yaxın həftələrdə ukraynalı pilotlar F-16-larla təlimlərə başlayacaq Ağ Ev

23:49 - 21 İyul 2023 - DÜNYA

ABŞ F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların təlimi yaxın həftələrdə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aspen İnstitutunun təhlükəsizlik üzrə illik forumunda çıxış edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib. 
Sallivanın sözlərinə görə, ukraynalı pilotlar üçün təlim proqramı son bir neçə həftə ərzində hazırlanırdı.

O qeyd edib ki, pilotların F-16-nı idarə etmək üçün öyrətmək adətən çox uzun vaxt aparır, lakin ABŞ bu prosesi sürətləndirməyə çalışır.

"Hazırda biz Hollandiya, Rumıniya, Danimarka, Norveç və digər ölkələrdəki həmkarlarımızla təlim üçün] yerləri, onda iştirak edəcək pilotları müəyyənləşdirmək və təlimlərə başlamaq üçün işləyirik", - ABŞ prezidentinin köməkçisi qeyd edib.

"Dəqiq bir tarix deyə bilmərəm, amma deyə bilərəm ki, bu, ayların yox, həftələrin məsələsidir", - o vurğulayıb.

Xəbər xətti