ABŞ tarixində ilk dəfə - HDQ Baş Qərargah rəisi vəzifəsinə qadın namizəd

22:57 - 21 İyul 2023 - DÜNYA

ABŞ tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi - admiral Liza Françetti vəzifəsinə qadının namizədliyi irəli sürülüb.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Ağ Ev tərəfindən yayılan yazılı açıqlamasında deyildiyi kimi, Françettinin namizədliyi ABŞ Konqresinin Senatına təqdim edilib.

"O, tarixdə ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə çatan ikinci qadındır. Təsdiq olunarsa, o, bir daha Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi və USF Birləşmiş Qərargah Rəisləri heyətində xidmət edən ilk qadın kimi tarixə düşəcək", - məlumatda deyilir.

Françetti hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.

Xəbər xətti