Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla taxıl müqaviləsi və Ukrayna böhranının nizamlanması məsələlərini müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası danışıqların yekunlarına görə məlumat verib.
"Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun xahişi ilə telefon danışığı aparıb. Hər iki lider Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması məsələsini ətraflı müzakirə ediblər. Bizim prezidentimiz Türkiyənin Ukraynada sülhün bərpası üçün fəal səylər göstərdiyini vurğulayıb", - məlumatda deyilir.