Tunisin keçmiş hökumət üzvü və keçmiş baş naziri Rəşid Sfar 89 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tunisin Afrique Presse xəbər agentliyi məlumat yayıb.
Sfar ən yüksək karyera yüksəlişini ölkənin ilk prezidenti Həbib Burqiba (1957-1987) dövründə əldə edib.
Sfar 1970-80-ci illərdə növbə ilə Sənaye, Müdafiə, Səhiyyə və İqtisadiyyat naziri vəzifəsində çalışıb. 1986-1987-ci illərdə respublikanın baş nazirinin kürsüsündə olub.
Sfar cümə günü məmləkəti Mehdiyada dəfn ediləcək.