Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ənənəvi operativ iclas keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz bir saat ərzində gözləyirik - prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək, bu, videokonfrans vasitəsilə baş tutacaq", - Kreml sözçüsü deyib. Peskov görüşün əsas mövzusunun nə olacağını hələlik açıqlamayıb.