Ukrayna taxılının 95 faizi Afrikaya verilmir
Ucnoqta.az xəbər verir ki, İtaliyanın müdafiə naziri Guido Crosetto “la Stampa” qəzetinə müsahibəsində Ukrayna taxılının 95%-nin Afrikaya verilmədiyini bildirsə də, onun bazarlarda olmamasının Afrika qitəsinə mənfi təsir göstərəcəyini irəli sürüb.
Rusiya daha əvvəl Türkiyə, Ukrayna və BMT-ni Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaqlarının, eləcə də gübrələrin ixracını nəzərdə tutan taxıl müqaviləsini ləğv etdiyi barədə xəbərdar etmişdi. Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac etdi və bununla da Rusiya tərəfinin sövdələşmənin davam etdirilməsi üçün lazımi şərti pozdu.
"Hər şey bir-birinə bağlıdır və bu, şübhəsiz ki, narahatlıq doğuran elementdir. Ukrayna taxılının 95%-i Afrikadan kənara ixrac edilir, lakin bu ölkələrdə bu taxıl olmadıqda, onu başqa yerlərdə axtarmağa başlayırlar ki, bu da istər-istəməz dünya qiymətlərinin artmasına gətirib çıxarır. Bunun nəticəsidir ki, Afrika üçün onu almaq getdikcə çətinləşir", - o bildirib.