Zelenski Britaniyadakı səfirini istefaya göndərib

12:43 - 21 İyul 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu istefaya göndərib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sərəncam prezident aparatının saytında dərc edilib.

Qeyd edilir ki, o, əvvəllər dövlət başçısını “hərbi yardıma görə hər səhər Britaniya naziri Ben Uollesə təşəkkür etməyə” hazır olması barədə sözlərinə görə tənqid edib.

Diplomat Ukraynanın Beynəlxalq Dəniz Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən də məhrum edilib.

Xəbər xətti