Polşada kəşfiyyat PUA-sı düşüb

12:18 - 21 İyul 2023 - DÜNYA

Polşanın cənubunda, Trzeben bölgəsində ABŞ hərbçilərinə məxsus kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.

Pilotsuz aparatı “kiçik təyyarənin” tapılması barədə təcili yardım xidmətlərinə məlumat verən ətrafdakı şəxs aşkar edib. Pilotsuz təyyarə yolun yaxınlığında, yaşayış olmayan əraziyə düşüb.

Bildirilir ki, bu dron ABŞ hərbçiləri tərəfindən yaxınlıqdakı poliqonda təlimlər zamanı istifadə edilib. 

Düşdükdən sonra nə partlayış, nə də yanğın baş verib.

Xəbər xətti