İlon Musk sahibi olduğu elektrikli avtomobil şirkəti "Tesla"nın səhmlərinin düşməsindən sonra cümə axşamı günü 20,3 milyard dollar itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bloomberg İndeksinə görə, Maskın xalis sərvəti 234,4 milyard dollara qədər azalaraq tarixdə yeddinci ən böyük azalma olub. Səbəb Maskın şirkətin öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala biləcəyi ilə bağlı açıqlamalarından sonra Tesla səhmlərinin 9,7% azalması olub.
İtkilərə baxmayaraq, amerikalı iş adamı dünyanın ən zəngin adamı olaraq qalır. O, reytinqdə ikinci pillədə qərarlaşan fransız milyarder, LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) sahibi Bernard Arnaultdan 33 milyard dollar zəngindir.
Daha əvvəl agentlik Tesla və SpaceX şirkətlərini quran və Twitter-in sahibi Maskın son 6 ayda ən çox pul qazanan insanlar arasında birinci yerdə olduğunu bildirmişdi.