Son sutkada Ukrayna silahlı qüvvələri tərəindən Rusiya ordusunun 680 hərbiçisi məhv edilib.
Ucnoqta.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Baş Qərargahın məlumatına görə, həmçinin Rusiya Ordusuna məxsus 4 tank, 15 zirehli texnika, 8 artilleriya sistemi, 7 hava hücumundan müdafiə sistemi, 15 PUA, 5 qanadlı raket, 11 maşın, 1 xüsusi texnikası məhv edilib.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada başladığı xüsusi əməliyyat zamanı ümumi itkilərinin sayı 240690-a çatıb.