Türkiyə XİN İsveçdə Quranın təhqir olunmasını pisləyib

23:01 - 20 İyul 2023 - DÜNYA

Ankara Stokholmdan İslama və milyardlarla dindarlara qarşı nifrət cinayətinin qarşısını almaq üçün tədbirlər görəcəyini gözləyir

Ucnoqta.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi cümə axşamı Stokholmda baş verən Qurani-Kərimin təhqir olunmasını pisləyib.

“Biz bu gün Stokholmdakı İraq səfirliyi qarşısında müqəddəs kitabımız Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.

Xəbər xətti