ABŞ Şimali Koreyadan saxlanılan amerikalı əsgərini geri qaytarmağı xahiş edib

22:18 - 20 İyul 2023 - DÜNYA

Birləşmiş Ştatlar Pxenyana mesaj göndərərək, komandanlığın icazəsi olmadan Koreya Respublikasından Koreyalararası sərhədi keçən və KXDR-ə düşmüş amerikalı əsgər Travis Kingin geri qaytarılması xahişi ilə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz KXDR-ə əsgər Kingin icazəsiz sərhədi keçdiyi barədə xəbər vermişik. Və onun geri qaytarılmasını istəyirik", - Miller deyib.

Amerika xarici siyasət departamentinin nümayəndəsi əlavə edib ki, Vaşinqton Kinqin səhhətinin vəziyyəti ilə bağlı Pxenyandan məlumat da istəyib.

Xəbər xətti