Kanada hakimiyyəti “Mir” ödəniş sisteminə və Tinkoff Bankına qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Səlahiyyətlilər Megafon, MTS, Tele2 və Beeline operatorlarına da məhdudiyyətlər qoyub.
Tinkoff Bank nümayəndələrinin sözlərinə görə, onlar sanksiyalara hazır idilər, xidmətlər indi “adi qaydada işləyir”. “Beeline” mobil operatoru da bildirib ki, Kanadanın məhdudlaşdırıcı tədbirləri müştərilərə xidmətlərin göstərilməsinə təsir göstərməyəcək.