Aİ diplomatiyasının rəhbəri Josep Borrell payızda Çinə səfər etmək niyyətində olduğunu açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Borell bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə görüşü zamanı deyib. Aİ diplomatiyasının rəhbəri əvvəllər təxirə salınmış Çin səfərini bu payızda etmək niyyətində olduğunu söyləyib.
"Çin məsələsini Aİ sammitinin tövsiyələri əsasında müzakirə edəcəyik... Ümid edirəm ki, Çinə iki dəfə sağlamlıq səbəbi ilə təxirə salınan səfərim yaydan sonra tezliklə baş tutacaq", - o, görüşdən əvvəl deyib. .