Amerika Birləşmiş Ştatları bu həftə Ukraynaya NASAMS qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri, Patriot hava hücumundan müdafiə sistemləri və HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün əlavə raketləri əhatə edən yeni 400 milyon dollarlıq hərbi yardım paketini elan edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, paketə raketlərdən başqa, digər artilleriya mərmiləri, həmçinin tank əleyhinə və zirehli deşici silahlar, o cümlədən Javelin raket kompleksləri və TOW tank əleyhinə raket kompleksləri daxil olacaq. Qeyd olunur ki, bu paket çərçivəsində kaset sursatlarının tədarükü olmayacaq.