Belarus hərbçiləri "Vaqner" döyüşçüləri ilə təlim keçəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, həftə ərzində Belarus hərbçiləri "Vaqner" hərbi dəstəsinin döyüşçüləri ilə birlikdə respublikanın cənub-qərbində yerləşən poliqonda döyüş hazırlığı tapşırıqlarını işləyəcəklər.
"Belarus Silahlı Qüvvələri Vaqner PMC-nin döyüşçüləri ilə birgə təlimləri davam etdirir. Bir həftə ərzində xüsusi əməliyyat qüvvələrinin bölmələri "Vaqner" nümayəndələri ilə birlikdə Brestski poliqonunda döyüş hazırlığı tapşırıqlarını işləyəcək" - nazirliyin məlumatında deyilir.