Türkiyə hərbi-sənaye kompleksi pilotsuz təyyarələrin modernləşdirilməsi və ortaq istehsalın qurulması üçün Çindən texnologiya almaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti çinli mütəxəssislərə istinadən yazıb. Nəşr bildirir ki, Ankara Pekinin köməyi ilə "Bayraktar TB2"ni təkmilləşdirmək istəyir.
Qəzet qeyd edir ki, söhbət Tsaihong (CH) seriyalı Çin pilotsuz təyyarələri və xüsusiyyətlərinə görə Amerikanın "MQ-9 Reaper" ilə müqayisə oluna bilən BT-001 kəşfiyyat maşınlarından gedir.
"Bu, qarşılıqlı faydalı əməkdaşlıq olacaq. Türkiyə NATO-nun üzvü olduğu üçün Çin xarici bazarda genişlənmək üçün Ankaranın xüsusi statusundan istifadə edə bilər".
"Türkiyədə istehsal edilən silahların NATO ölkələrinə satılacağını düşünmürəm, onlar yalnız alyansa üzv olmayan dövlətlərə və ya üçüncü ölkələrə satılacaq. Necə ki, Türkiyə Ukraynaya pilotsuz təyyarələr satıb", - Sun Çonqpinq hesab edir. ///tass