Borrell Kiyevə hərbi yardımı artırmağı təklif edib

10:12 - 20 İyul 2023 - DÜNYA

Borrell Kiyevə silah və texnikanın tədarükü üçün əlavə milyardlar ayırmağı təklif edib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici diplomatiya xidmətinin rəhbəri Jozep Borrell deyib. Həmçinin, Borrell iyulun 20-də Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlim proqramını genişləndirməyi təklif edib. Agentliyin məlumatına görə, Aİ Ukrayna hərbçilərinin hazırlanması üzrə fəaliyyətin mərhələli şəkildə Ukraynaya ötürülməsini nəzərdən keçirə bilər.

Sənəddə deyilir ki, 25 min ukraynalı hərbçi artıq təlim proqramını başa vurub və ya hazırda Aİ ölkələrində təhsil alır.

Xəbər xətti