Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA əmsallar cədvəlini yenilənib.
Ucnoqta.az xəbər verir ki, ötən gün baş tutan oyunlardan sonra reytinq sıralamasında dəyişiklik olub.
Azərbaycan təmsilçisi "Qarabağ"ın ötən gün Bakıdakı cavab görüşündə Cəbəllütariq "Linkoln" üzərində inamlı qələbəsi sayəsində ölkənin aktivinə 0.250 xal yazlıb. Beləliklə, ilk mərhələdə qazanılan 2 qələbə ilə cəmi 0,500 xal əldə olunub.
Azərbaycan son 5 mövsümdəki əmsalları 14,750-yə çatıb. Lakin xal ehtiyatının artması Azərbaycanın cədvəldəki mövqeyi dəyişməyib. Ölkəmiz 29-cu pillədə qalıb.