Rusiya PUA və raketlərlə Ukraynaya zərbələr endirib

09:54 - 20 İyul 2023 - DÜNYA

İyulun 20-nə keçən gecə Rusiya Silahlı Qüvvələri PUA və müxtəlif bazaların raketlərindən istifadə edərək Ukraynaya növbəti kütləvi hücum həyata keçirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.

Məlumata əsasən, Rusiya ordusu Ukrayna istiqamətində 19 qanadlı raket və 19 kamikadze pilotsuz uçan aparatdan zərbələr endirib.

Belə ki, hücum Krım sularından, Qara dənizdən, Kurskdan həyata keçirilib. 7 ədəd Oniks raketi, 4 ədəd Kh-22 qanadlı raketlər, 3 "Kalibr"raketi, 5 yerüstü qanadlı raket "İskəndər-K" , 19 İran "Şahed" kamikadze pilotsuz uçan aparatı buraxılıb.

Müdafiə qüvvələri gecə ərzində 2-si “Kalibr”, 3-ü “İskəndər-K” və 13-ü PUA da daxil olmaqla, 18 hava hədəfini məhv etməyə müvəffəq olub.

Xəbər xətti