İraq İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını pisləyib

07:44 - 20 İyul 2023 - DÜNYA

İraq Xarici İşlər Nazirliyi (XİN) İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP “Twitter” agentliyi məlumat yayıb.

Məlumata görə, nazirlik ölkənin müvafiq təhlükəsizlik xidmətlərinə təcili araşdırma aparılması və hadisənin baş vermə şəraitinin müəyyən edilməsi və təqsirkarların müəyyən edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi barədə göstəriş verdiyini bildirib.

Bundan əvvəl Bağdadda yüzlərlə etirazçının İsveç səfirliyinə basqın edərək onu yandırdığı bildirilirdi. Səfirliyin əməkdaşlarından heç kim xəsarət almayıb.

Qeyd edək ki, İsveç polisi Stokholmda Quran və İraq bayrağının yandırılmasına icazə verib.

Xəbər xətti