FİFA qadınlar arasında dünya çempionatı öncəsi atışma ilə bağlı bəyanat yayıb

07:37 - 20 İyul 2023 - İDMAN

Beynəlxalq Futbol Federasiyası (FİFA) qadınlar arasında dünya çempionatının keçiriləcəyi Yeni Zelandiyanın Oklend şəhərində baş verən atışmaya münasibət bildirib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə ali futbol qurumunun “Twitter” səhifəsində məlumat yayılıb.

FİFA Oklend atışmalarına baxmayaraq, qadınlar arasında dünya çempionatının baş tutacağını bildirib.

Atışma qadınların dünya çempionatında Norveç yığmasının Yeni Zelandiya ilə oyunu ərəfəsində baş verib. Cinayətkar Yeni Zelandiya hüquq-mühafizə orqanları tərəfindən aradan qaldırılıb.

Norveç və Yeni Zelandiya milli komandaları arasında görüş Yeni Zelandiyanın Oklend şəhərində, “Eden Park” stadionunda keçiriləcək. 

Qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək keçiriləcək. Norveç yığması qrup mərhələsində Filippin və İsveçrə ilə də qarşılaşacaq.

Xəbər xətti