İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı Dəməşq əyalətində yerləşən anbarlara hücum edib, iki suriyalı əsgər yaralanıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müharibə edən tərəflərin barışıq Mərkəzinin (CPVS) rəis müavini kontr-admiral Oleq Qurinov deyib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı Dəməşq əyalətində yerləşən anbar obyektlərinə hava zərbəsi endirib. İki suriyalı hərbçi yaralanıb.