UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Ucnoqta.az xəbər verir ki, Bakıda Ağdamın "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları qarşılaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən oyun saat 20:00-da start götürüb. Oyunda ilk hesabı "Qarabağ" açıb. Belə ki, ilk hissənin 7-ci dəqiqəsində Abdullah Zubir topu rəqibin qapısından keçirib (1:0). İlk hissənin əlavə olunmuş vaxtında Bəhlul Mustafazadə fərqi iki topa çatdırıb (2:0). Qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica və 62-ci dəqiqədə Marko Yankoviç hesabı daha da artırıblar (4:0).
Bununla da darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” Polşa çempionu “Rakuv”a rəqib olub.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu
20:00. "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) - 4:0
Qollar: Abdullah Zubir, 7 (1:0), Bəhlul Mustafazadə, 45+1 (2:0), Redon Cica, 49 (3:0), Marko Yankoviç, 62 (4:0)
Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)
Bakı Olimpiya Stadionu.
İlk oyun - 2:1.
Qeyd edək ki, səfər oyununda "Qarabağ" qələbə qazanıb - 2:1.