ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

20:53 - 19 İyul 2023 - DÜNYA

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Ukraynaya bu dəfəki yardım paketi 1,3 milyard dollar həcmindədir.

Yardım paketinə aşağıdakılar daxildir:

4 NASAMS zenit-raket sistemləri və sursatları;
▪️152 mm-lik artilleriya mərmiləri;
▪️minatəmizləmə avadanlığı;
▪️boru şəklində buraxılan, optik izləmə və naqillə idarə olunan (TOW) raketlər;
▪️Phoenix Ghost və Pilotsuz Təyyarə Sistemləri (UAS) Switchblade;

Eləcə də nəqliyyat vasitələri və döyüş sursatları.

Xəbər xətti