Fransada iyunun sonu və iyulun əvvəllərində baş verən iğtişaşlar zamanı yaralanan polis və yanğınsöndürənlərin sayı açıqlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri Cerald Darmanin bildirib.
Nazir bildirib ki, iyunun 27-dən iyulun 4-dək 850 polis, jandarm, yanğınsöndürən və bələdiyyə polisi yaralanıb, bəzi hallarda isə ağır xəsarət alıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri ölkədə respublika asayişinin bərpasına imkan verib.
Fransada iğtişaşlar Əlcəzair əsilli 17 yaşlı sürücünün iyunun 27-də Paris ətrafında avtomobil patrulunun tələblərinə tabe olmaqdan imtina edərək öldürülməsindən sonra başlayıb. Yeniyetməyə xidməti silahla atəş açan polis nəzarətə götürülüb.