Rusiyanın hücumu nəticəsində on minlərlə ton taxıl məhv edildi

17:12 - 19 İyul 2023 - DÜNYA

İyulun 18-dən 19-na keçən gecə rusiya Odessa və Çernomorsk limanlarında taxıl terminallarını və liman infrastrukturunu atəşə tutub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi məlumat yayıb. Nəticədə 60 min ton taxıl məhv edilib.

Mütəxəssislərin fikrincə, həmin gecə zədələnmiş obyektlərin tam bərpasına ən azı bir il vaxt lazım olacaq. Çernomorsk limanında da 60 min ton taxıl məhv edilib, onlar iri tonajlı gəmiyə yüklənərək göndərilməli idi.

Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq və ukraynalı treyderlərin və daşıyıcıların Kernel, Viterra, CMA CGM Group şirkətlərinin taxıl infrastrukturunun ən çox zərər çəkdiyini bildirib.

Xəbər xətti