İrlandiya baş naziri Leo Varadkar Ukraynaya səfər edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
İrlandiya baş nazirinin prezident Zelenski ilə görüşü
"İrlandiya hökumətinin başçısı Leo Varadkarı Ukraynada salamlayıram. Bu gün biz mühüm danışıqlar aparacağıq: təhlükəsizlik, siyasi əməkdaşlıq, Ukrayna üçün ədalət və iqtisadi əməkdaşlığımız. İrlandiya neytral ölkə olsa da, bu neytrallıq biganəlik demək deyil və bu çox vacibdir. Bütün dəstəyə görə təşəkkür edirəm!" - Zelenski deyib.