İranda qum fırtınası nəticəsində 470-dən çox insan xəsarət alıb

14:50 - 19 İyul 2023 - DÜNYA

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində bir gündə ən azı 474 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə əyalətin böhran idarəsinin baş direktoru Məcid Mohebi məlumat verib.

O, bildirib ki, Sistan bölgəsində yeni külək dalğasından sonra 474 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib. Onlardan ən azı 30-u hazırda xəstəxanaya yerləşdirilib.

Əlverişsiz hava şəraiti səbəbindən Tehrandan Zabol şəhərinə uçan reys təxirə salınıb.

Xəbər xətti