İspaniya Ukraynaya son 4 "Leopard 2" tankını göndərib

13:06 - 19 İyul 2023 - DÜNYA

İspaniya Ukraynaya hələ təhvil verilməyən son 4 "Leopard" 2 tankını göndərib

Ucnoqta.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, onlar gələn həftə dəniz yolu ilə Ukraynaya gələcəklər. Onlarla birlikdə 10 zirehli transportyor, zirehli yolsuzluq avtomobilləri, yüngül yük maşınları və təcili yardım maşınları da gətiriləcək.

Bundan əlavə, İspaniya Ukraynaya təcili cərrahiyyə şöbəsi, əməliyyatdan sonrakı şöbə, sterilizasiya avadanlığı, laboratoriya və çarpayıların sayı artırılmış sahə xəstəxanası köçürdü.

Xəbər xətti