Ukraynanın yeddi bölgəsində yenidən hava xəbərdarlığı elan edilib
Ucnoqta.az xəbər verir ki, səhər saatlarında Vinnitsa, Dnepropetrovsk, Kiyev, Kirovoqrad, Nikolayev, Çerkassı və Çerniqov vilayətlərində hava həyəcanı elan edilib.
Odessa, Çernomorsk, Odessa vilayəti və ölkənin digər şəhərlərində silsilə partlayışlar baş verib.
Gecə saatlarında bu bölgələrdə hava hücumu xəbərdarlığı da aktiv olub.
Bundan əlavə, Jitomir, Rivne və Xmelnitski vilayətlərində xəbərdarlıq siqnallaeı işləməkdə davam edir.