ABŞ Qırğızıstana məhdudiyyətlər qoya bilər

07:27 - 19 İyul 2023 - DÜNYA

ABŞ bu həftə ərzində Rusiyaya texnoloji və hərbi yüklərə cavab olaraq Qırğızıstana qarşı yeni iqtisadi məcburiyyət tədbirləri elan edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Bişkekə bir çox amerikalı və avropalı diplomatın bir neçə aylıq nəticəsiz səfərlərindən sonra sanksiyalar hazırlamağa başlayıb.

Onlar Qırğızıstanın konkret nə ilə üzləşə biləcəyini dəqiqləşdirməyiblər, lakin xatırladıblar ki, Vaşinqton əvvəllər Qırğızıstan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib, xüsusən də onları qara siyahılara salıb.

Xəbər xətti