Saakaşvilinin azad edilməsi mümkünsüzdür - Gürcüstan Ədliyyə Nazirliyi

23:37 - 18 İyul 2023 - DÜNYA

İndiki mərhələdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini cəza çəkməkdən azad etmək və ya ona möhlət vermək imkanı yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalına müsahibəsində ədliyyə naziri Rati Breqadze bildirib.

“İndiki mərhələdə bizim səlahiyyətimiz çərçivəsində bu şəxsin nə cəza çəkməkdən azad edilməsi, nə də cəzanın təxirə salınması imkanları yoxdur”, - Breqadze deyib. 

Xəbər xətti