Rusiya meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə iki Be-200 amfibiya təyyarəsi göndərib
Ucnoqta.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün iki Be-200ChS amfibiya təyyarəsi Türkiyəyə uçub.
“Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın fövqəladə hallar idarəsinin iki amfibiya təyyarəsi Rostov-Dondakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçub”, - Fövqəladə Hallar Nazirliyindən bildirilib.