2006-cı il dünya çempionatının çempionu italiyalı qapıçı Canluici Buffon yaxın günlərdə karyerasını başa vuracağını açıqlaya bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio öz saytında məlumat verib.
Məlumata görə, 45 yaşlı qolkiper Səudiyyə Ərəbistanının bir neçə klubundan gələn təklifləri rədd etmək və futboldan getdiyini elan etmək niyyətindədir.